Vergi ödəyicilərinə pis xəbər

Vergilər Nazirliyi dövlət büdcəsinə olan ver­gi borclarını ödəməkdən yayınmağa çalışan vergi ödəyicilərinə qarşı tədbirlərini davam etdirir. SİA-nın Nazirliyin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, belə tədbirlərdən biri də "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Vergi Mə­cəl­ləsinin 23.1.16-cı maddəsinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır.

2015-ci il aprelin 1-i tarixinə borclu vergi ödəyicilərinin ölkədən getmək hüququ müvafiq məhkəmə qərarlarına əsasən müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyincə, bu şəxslərin ölkədən kənara çıxmasına icazə verilməyəcək.

Siyahı ilə bu linkdən tanış ola bilərsiniz: Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyiciləri

Bütün xəbərlər Facebook səhifəmizdə