Mənsur Bərxudarov: “Azərbaycanın mövqeyi güclənəcək” AÇIQLAMA
"İrana qarşı sanksiyaların aradan götürülməsi, dünyada xarici iqtisadiyyat siyasətində konkret bir vektorun müəyyənləşdirilməsi deməkdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Mənsur Bərxudarov deyib.
Onun sözlərinə görə, İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması dünyanın geosiyasi müstəvisində baş verən oyunlardan biridir. Bu gün dünyada baş verən hadisələrin çox keçmədən istiqamət dəyişdiyini asanlıqla görmək mümkündür: "Bu gün Dünyanın geosiyasi müstəvisində baş verən oyunlardan bir fraqment ortaya çıxır. Bu fraqmentdən sonra nələr baş verəcək, hələ bu gün məntiqə əsaslanaraq sırf iqtisadi məntiqə əsaslanaraq praqnozlar vermək mümkün deyil. Çünki qlobal müstəvidə baş verən bugünkü qarşıdurmalar bu fraqmenti ortaya qoyub. Yəni, İrana 36 il müddətində ABŞ və Qərb ölkələri tərəfindən qoyulmuş sanksiyaların götürülməsi qərarı hələ qüvvəyə minməmişdir. Ayın sonunda nələr baş verəcək bu hələ bəlli deyil. Bir neçə ay bundan əvvəl "Cənub Axını" layihəsindən Bolqarıstan imtina edərkən, daha sonra Türkiyə ilə müqavilə bağlanıldığı üçün onda da böyük ajiotaj yarandı ki, artıq Qərb imtina edib bu layihədən. Rusiya isə Türkiyə ilə bu müqaviləni bağladı. 63 milyard civarında olan bu layihə artıq reallaşdırılacaqdı və sonra ortaya çıxdı ki, Türkiyə bu işdə yalnız alıcı olmaq istəyir, ancaq satıcı statusunu qazanmaq istəyir. Ona görə də bu iş baş tutmadı. Yəni söz olaraq qaldı".
Ekspert onu da qeyd etdi ki, İranın TANAP layihəsinə qoşulması ilə bağlı SOCAR prezidenti də fikir səsləndirib. Azərbaycanın hər hansı halda TANAP-ın reallaşmasında əsas ölkə olduğunu vurğuladı: "Bu gün bu məntiqə əsaslanaraq demək olar ki, qoyulmuş sanksiyaların aradan götürülməsi, hələ də İranın konkret xarici iqtisadi vektorunun yaranması demək deyil. İranın TANAP layihəsində iştirak etməsi haqqında SOCAR-ın prezidenti Rövnəq Abdullayevin fikrini dinləmişik, bu fikirlər artıq var. Amma vektor halında konkret müəyyən olunmasına müəyyən şəkildə konkret söz demək əlbətdəki çətindir. Mən belə düşünürəm ki, hər hansı halda Azərbaycan TANAP-ın reallaşmasında öndə gedən bir nömrəli ölkədir. Bir nömrəli ölkə olaraq da qalacaq. Qlobal qarışıdurma prosesində Azərbaycanın mövqeyi əksinə yenə də güclənəcək, bu da Azərbaycanın xeyrinədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB