"İranın qərblə anlaşma imzalaması neftin qiymətinə təsir etməyəcək" AÇIQLAMA

"İranın qərblə anlaşma imzalaması neftin qiymətinə təsir etməyəcək" AÇIQLAMA

"İranın qərblə anlaşma imzalaması neftin qiymətinə təsir etməyəcək". SİA-nın xəbərinə görə, bu sözləri Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, neftin qiyməti siyasi amillərlə bağlıdır: "Neftin satışını bazarda bazar və siyasi amillər dəyərləndirir. Düşünmürəm ki, İranla "altılıq" arasındakı razılaşma neftin qiymətinə təsir etsin. Bu saziş bir başa İranın neft satışı ilə bağlıdır. Belə ki, əvvəllər İran gizli satış həyata keçirirdi, bu vaxt satdığı məhsulu dəyər-dəyməzinə verirdi. Razılaşmadan sonra İran gizli yox, açıq satışa keçəcək. Bunun da neftin qiymətinə hər hansı bir təsir edəcəyinə inanmıram".

Bütün xəbərlər Facebook səhifəmizdə