Mərkəzi Bank ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirir. Mərkəzi Bankdan SİA-ya verilən xəbərə görə, bu sahədə kompetensiyaların yüksəldilməsi, eyni zamanda elektron ödəniş alətləri və xidmətlərindən istifadə vərdişlərinin formalaşdırılması məqsədi ilə ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti üçün "Nağdsız hesablaşmalar" mövzusunda seminarların keçirilməsi nəzərdə tutulur.
Belə tədbirlərin davamı olaraq 31 mart 2015-cü il tarixində Azərbaycan Universitetində seminar təşkil edilib. Təqdimat zamanı ödəniş sistemləri və onların iqtisadiyyatda rolu, Milli Ödəniş Sistemi infrastrukturu, Mərkəzi Bankın ödəniş sistemlərinin inkişafında rolu, nağdsız hesablaşmalar, pul köçürmələri, habelə nağdsız hesablaşmaların üstünlükləri haqqında iştirakçılara ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılıb.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB