Belaruslu nazir Azərbaycanda

Belarusun rabitə və informatizasiya naziri Sergey Popkov Azərbaycana gəlib. SİA-nın xəbərinə görə, Bakıya səfər çərçivəsində qonaq Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla danışıqlar keçirəcək.

Bundan başqa, nazir rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində ikitərəfli münasibətlərin əsas istiqamətlərində maraqlı olan digər rəsmi şəxslərlə də görüşəcək.

Həmçinin Azərbaycan tərəfinin Minskdə keçiriləcək TİBO-2015 beynəlxalq texnologiyalar sərgisində iştirakı məsələsinin müzakirə olunacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə