Rublun devalvasiyası erməni ixracatçılarını böhrana sürükləyib BÖHRAN
Rus rublunun devalvasiyasından sonra, Rusiyada baş verən qiymət artımı erməni ixracatçılalıarına, eləcə də Rusiya bazarına işləyən erməni orta və kiçik sahibkarlara ciddi zərbə vurub. Artıq onların böhran vəziyyətinə dşüməsi anbaan məsələsidir. Bu barədə "Azadlıq" radiosunun İrəvan bürosu xəbər verir. Bununla bağlı Ermənistanın işlə təmin etmə ittifaqının sədri Qagik Makaryan bildirib ki, Rusiyaya məhsul ixrac edən bir çox ixracatçılar artıq bu fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıblar. Belə ki, rublun dəyərdən düşməsi və buna rəğmən, qiymətlərdə dəyişiklərin olmaması onlara gəlirdən daha çox, zərər vurmaqdadır. Sitat: "Konservləşdirilmiş qida məhsulları istehsal edən sahibkarlar ixracatlarını dayandırıblar. Hətta baş verəcəkləri öncədən hiss edən sahibkarların bəziləri öz ixracatlarını ötən ilin sentyabr-oktyabr aylarında dayandırmışdılar".
Markaryan bildirib ki, onun təhbərlik etdiyi ittifaq bir sıra stasistik rəqəmləri də müəyyənləşdirib. Belə ki, ötən ilin dekabrında və bu ilin yanvar-fevral aylarında Ermənistanın Rusiya bazarına işləyən 20 şirkəti öz ixracatını dayandırıb. Meyvə, tərəvəz, şərab, konyak, konserv məhsulları ilə ticarət edən sahibkarlar bütövlükdə 8 milyon ABŞ dollarından artıq ziyana düşüblər.
Markaryanın sözlərini Ermənistanın Proşyan konyak zavodunun direktoru Avik Qasparyan da təsdiq edib. O qeyd edib ki, yerli şirkətlər, o cümlədən, rəhbərlik etdiyi konyak zavodu hələ də ciddi maliyyə itkilərinə məruz qalmaqdadır. Qasparyan həmçinin, bu prosesin nə vaxta qədər davam edəcəyini bilmədiyini də deyib. Erməni biznesmen bildirib ki, əgər hökumət kəndlilərə əl uzatmasa, vəziyyət çərçivədən çıxa bilər: "Kəndlilərə subsidiyalar ayırmaq lazımdır. Lakin pulsuz deyil, onların əkdikləri məhsulları müaqibilində.Yoxsa iyun ayından başlayan hazırlıq prosesindən sonra, vəziyyət daha da pisləşə bilər. Çünki həmin vaxt azad və nağd vəsaitlər olmayacaq. Bu amil isə kəndilərə, eləcə də sahibkarlara çox pis təsir edəcək".
Maraqlıdır ki, sahibkarların sözlərini Ermənistanın iqtisadiyyat nazirliyinin nəzdində fəaliyyət göstərən ticarət və bazarı tənzimləmə idarəsinin rəisi Qagik Köçəryan da təsdiq edib. O, bununla bağlı bildirib ki, hazırkı vəziyyət 2009-cu ildə baş verən böhranı xatırladır: "Bizim iqtisadiyyatımız çətinliklə qarşı-qarşıya qaldıqdan sonra, həmin vaxtlarda da eyni hal yaşandı – ixracat və bazar məhzullarının satışı dalana dirəndi. Erməni məmur deyib ki, Rusiya proteksionizm siyasəti yürüdür.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB