Peykimiz sığortalandı

"Azərkosmos" ASC "Altitude Risk Partners" şirkəti (Böyük Britaniya) ilə müqavilə imzalayıb. SİA-nın Rabitə və Yüksək Texnologiya Nazirliyinin məlumatına əsasən verdiyi xəbərə görə, müqavilə "Azerspace-1" peyki üçün birillik məsuliyyət sığortasının satın alınmasını nəzərdə tutur.

Milli peykin məsuliyyət sığortasının satın alınması üzrə müqavilənin ümumi dəyəri 47,5 min dollar təşkil edir.

Qeyd edək ki, "Altitude Risk Partners" şirkəti 2014-cü ildə təsis olunub və "Castel Underwriting Agencies Ltd." (Castel) şirkətinin törəmə qurumudur. Baş ofisi Londonda yerləşən şirkət aviasiya və kosmos sahəsində sığorta xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə