Bu gün Bakıda "Paşa Bankın" təşkilatçılığı ilə Azərbaycan İnvestisiya Sammiti öz işinə başlayıb. SİA-nın məlumatına görə, Sammitin devizi "Qeyri-neft sektoru real iqtisadiyyatın aparıcı sahəsidir" mövzusu olub. Tədbirə sədrliyi "The Economist" jurnalının redaktoru Con Endryus edib. Məruzəçilər qismində Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin direktoru Kamran Ağası, "Bakı – 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse- prezidenti Çingiz Hüseynzadə, Dünya Bankının Azərbaycan, Avropa və Mərkəzi Asiya üzrə ölkə meneceri Larisa Leşenko, AZPROMO prezidenti Rüfət Məmmədov, xarici və yerli şirkət rəhbərləri çıxış edib. Azərbaycanın qeyri – neft sektoru istiqamətində gördüyü işlər, real sektora yönəldilən investisiyalar haqqında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB