Oqtay Əsədov: “ÜDM-in real artım tempi 2,8 faiz olub"

Oqtay Əsədov: “ÜDM-in real artım tempi 2,8 faiz olub"

"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası ötən il də uğurla həyata keçirilib. Azərbaycanda makro-iqtisadi sabitlik qoyununb saxlanılıb. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı ölkəmizin dünya iqtisadiyyatına interqasiyası davam etdirilib". SİA-nın məlumatına görə, bunu Mili Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı spiker Oqtay Əsədov deyib.

Oqtay Əsədov bildirib ki, 2014-cü ildə ümumi daxili məhsulun real artım tempi 2,8 faiz təşkil edib: "Qeyri-neft sektorunun artımı 7 faiz olub. Beləliklə də ÜDM-in artımı qeyri-neft sektorunun hesabına təmin edilib. Ölkəyə investisiya qoyluşu 22 milyard manat olub. Bunun 59 faizi daxili, 41 faizi xarici mənbələr hesabına təmin edilib. Qeyri-neft sektoruna investisiya qoyluşu neft və qaz sektoruna investisiya qoyluşunu 2 dəfə üstələyib. Ölkənin valyuta ehtiyatları 51,3 milyard dollar olub. Bu da valyuta ehtiyatlarının xarici borcların həcmini 8 dəfə üstələməsi deməkdir. Əhalinin sosial vəziyyəti yaxşılaşdırılıb. Əməkhaqqı 4,5 faiz artıb, yoxsulluq səviyyəsi 5 faizə endirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə