Nicat Hacızadə: “Aİ-nin gələcək fəaliyyəti sual altındadır” AÇIQLAMA

Nicat Hacızadə: “Aİ-nin gələcək fəaliyyəti sual altındadır” AÇIQLAMA

"Avrasiya İttifaqının xüsusi valyuta tətbiqi məntiqsiz və absurdur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, Avrasiya İttifaqına daxil olan ölkələrin özlərindəki vəziyyət qənaətbəxş deyil. Bir çoxunda siyasi avtoritarizm hökm sürür. Buna görə də onların birləşməsi və vahid valyuta tətbiq etmələri sual altındadır: "Səbəb ondan ibarətdir ki, Avrasiya İttifaqının yeni valyuta yaratması bir kənarda qalsın, gələcək fəaliyyətləri və prespektivləri sual altındadır. Bu gün biz Avrasiya ittifaqına daxil olan ölkələrə nəzər yetirsək bunları görərik: Həmin ölkələr həm iqtisadi cəhətdən, hətta Rusiya istisna olmaqla ölkəmizdən dəfələrlə geridədirlər. Həmçinin həmin ölkələrdə siyasi avtoritarizm və diktatura hökm sürür. Həm Rusiyada, həm Belorusiyada, həm Qazaxıstanda, o cümlədən qondarma Ermənistanda siyasi və iqtisadi vəziyyət qənaətbəxş deyil".

Ekspert həmçinin qeyd etdi ki, İttifaqa daxil olan ölkələrdə hökm sürən özbaşınalıq o qədər güclüdür ki, hətta vahid valyuta tətbiq olunsa da onların bu şəkildə inkişaf etməsi qeyri – mümkündür: "Qeyd edilən ölkələrdəki inhisarçılıq, korrupsiya, vergi və gömrük özbaşınalıqları, büdcədən yeyintilər olduqca geniş vüsət alıb. Onlar birləşib heç bir vahid valyuta qura bilməyəcəklər. Qursalar belə bu vəziyyətdə inkişaf edə bilməyəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə