"Son illər Azərbaycan iqtisadiyyatında neft amilinin payı azalmağa meyl götürsə də, hələlik kifayət qədər böyük yer tutmaqdadır. Ona görə də, köklü islahatlar yolu ilə iqtisadiyyatın strukturunu təkmilləşdirilməli, qeyri-neft sektorunun prioritet sahələrinin inkişfının sürətləndirilməsi istiqamətində bir sıra təsirli tədbirlər görülməlidir". Bu fikirləri SİA-ya millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli ölkəmizdə qeyri-neft sektorunun perspektivi ilə bağlı fikirlərini şərh edərkən deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi məqsədi ilə müvafiq qanunvericilik sənədlərində məqsədyönlü dəyişikliklər edilməli, stimullaşdırıcı mexanizmlər tətbiq edilməli və bu əsasda qeyri-neft sektoruda mövcud müəssisələr modernləşdirilməlidir: "Eyni zamanda qabaqcıl texnika və texnoloğiyaya əsaslanan yeni istehsal gücləri yaradılmalı və sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılmalıdır. Sənaye məhəllələrinin, şəhərciklərinın və s. yaradılması istiqamətlərində görülən işlər davamlı xarakter almalı, sürətləndirilməlidir".
İxrac yönümlü qeyri-neft sektorunun inkişafı istiqamətində məqsədyönlü işlərin aparılmasının vacibliyini də qeyd edən iqtisadçı ekspert Azərbaycanın turizm potensialından daha dolğun surətdə istifadə edilməsinə yönəlik tədbirlərin vacibliyini də vurğuladı: "İKT sahəsində əldə edilən uğurlar bir qədər də genişləndirilsə bu sahədən daha çox gəlir əldə etmək olar. Həmçinin bu sahədən istifadənin dairəsi genişləndirilərək uğurları davamlı etmək mümkündür. Aqrar sektorun intensiv inkişaf kontekstində zəruri tədbirlərin görülməsində kənd təsərrüfatı məhsulalrının emalı müəssislərinin fəaliyyətinin genişləndirilməsi isə vacib faktorlardandır. Sadaladığım bütün amillərin fonunda ölkəmizin neft sektorundan asıllığı tamamilə azldıla bilər və gələcəkdə qeyri-neft sektoru dövlət büdcəsində əsas pay sahibi kimi özünü göstərəcək".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB