Vüqar Bayramov: “Azərbaycan enerji təhlükəsizliyində xüsusi rola malikdir” AÇIQLAMA

Vüqar Bayramov: “Azərbaycan enerji təhlükəsizliyində xüsusi rola malikdir” AÇIQLAMA

"Cənab Prezidentin Bolqarıstana səfəri əvvəla birmənalı şəkildə Azərbaycan və Bolqarıstan arasındakı münasibətlərə pozitiv təsir göstərəcək". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Bolqarıstan tranzit olaraq TAP layihəsi üçün önəmli ölkələrdən biridir. Azərbaycan Prezidenti səfəri zamanı bir daha nümayiş etdirdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir və bu istiqamətdə ciddi addımlar atır: "Eyni zamanda bu Azərbaycanla Avropa Birliyi arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyması deməkdir. Nəzərə alsaq ki, Bolqarıstan enerji sahəsində əhəmiyyətli ölkələrdən biridir. Bolqarıstan mərkəzi – şərqi Avropa ölkələri arasında TAP layihəsində iştirak edən ölkədir. TAP layihəsindən Bolqarıstan daxili şəbəkə vasitəsilə mavi qaz almaq niyyətindədir. Nəzərə alsaq ki, Azərbaycan Prezidentinin Azərbaycanın enerji təhlükəsizliyinə töhfə verməsi ilə bağlı kifayət qədər ciddi siyasi iradəsi var. Ölkə Prezidenti bütün görüşlərində dəfələrlə bu siyasi iradəni nümayiş etdirib. Burada müzakirə edilən məsələlərdən biri də Azərbaycanın mavi qazı daxil olmaqla Xəzəryanı mavi qazının Avropa bazarlarına çıxarılması məsələləri var idi. Sözsüz ki, Bolqarıstan tranzit ölkə olaraq Azərbaycanın mavi qazını mərkəzi – şərqi Avropa ölkələrinə ötürməkdə maraqlıdır. Səfər iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması ilə yanaşı, eyni zamanda enerji əməkdaşlığı ilə bağlı yeni layihələrin əsasının qoyulması ilə bağlı əhəmiyyətlidir".

Ekspert həmçinin vurğuladı ki, cənab prezidentin Bolqarıstana səfəri zamanı Türkmənistan qazının Avropaya nəqli və həmçinin bu nəqliyat yoluna İraq qazının da qoşulması məsələsi müzakirə olunub: "Nəzərə alsaq ki, TAP-ın ötürmə qabiliyyətinin 60 milyard kubmetrə qədər artırılması nəzərdə tutulub və eyni zamanda Avropa Komissiyası Türkmənistan mavi qazının Avropa bazarlarına çıxarılması məsələləri müzakirə edilib. Eləcə də İraqın mavi qazının TAP layihəsinə qoşulması müzakirə olunan məsələlərdən biridir. Bu baxımdan əslində səfər çərçivəsində müzakirə olunan digər məsələ isə artıq Bolqarıstanın yanacaq ixrac edən ölkə kimi bu layihəyə qoşulması, həm də tranzit ölkə olaraq iştirakı da müzakirə olunub. Xəzəryanı ölkələrin mavi qazlarının digər mərkəzi və şərqi Avropa ölkələrinə nəql olunmasına nail olmaqdan ibarətdir. Bu baxımdan gözlənilir ki, enerji danışıqları birmənalı şəkildə Xəzəryanı ölkələri Avropa Birliyinə mavi qazını artırsın. Bu artıq imkan verəcək ki, Avropa birliyinin enerji təhlükəsizliyinin formalaşmasında və qorunmasında Azərbaycan daxil olmaqla Xəzəryanı ölkələrin mavi qaz ehtiyatlarından daha geniş şəkildə istifadə edilə bilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə