Nicat Hacızadə: “Neftlə dolların əlaqəsində əsas rolu ABŞ oynayır” AÇIQLAMA

Nicat Hacızadə: “Neftlə dolların əlaqəsində əsas rolu ABŞ oynayır” AÇIQLAMA

"Ümumiyyətlə qeyd edim ki, neftin dünya bazarında artımını şərtləndirən bir sıra amilllər var. Təbii ki bu amillərdən biri də dollarla neft arasındakı əlaqədir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, 1940- cı illərdən etibarən neft dollarla hesablanmağa başlayıb ki, bunun da əsas səbəbkarı Amerika Birləşmiş Ştatlarıdır: "Dünya praktikasına baxsaq görərik ki, neftin baha olduğu bir vaxtda neft ixrac edən ölkələrdə dollarda ucuzlaşma hiss olunur. Amma bəzi istisnalar da var. Qeyd edim ki, keçən əsrin 40-cı illərindən sonra neft dollarla hesablanmağa başlanmışdır. Günü bu günə kimi stabil qayda ilə bu davam edir. Neftlə dolların əlaqəsində əsas rol oynayan Amerika Birləşmiş Ştatlarıdır. Əvvəllər ABŞ dünya neft bazarının 3-də bir hissəsini idxal edirdi ki, artıq 18 % ə qədər azalıb".

Ekspert həmçinin qeyd etdi ki, Azərbaycanda qiymətli kağızlar bazarı və birja hələ yeni oturuşdurulduğundan xarici siyasi təsirlər Azərbaycan neftinə təsir edir. Lakin bu dolların daxili məzənnəsinə təsir etmir: "Bu gün dünyada neft idxalı azaldığı üçün və dünya bazarında rəqabət artığından artıq bu hallar Azərbaycana da təsir edir. Qeyd edim ki, Azərbaycanda qiymətli kağızlar bazarı, o cümlədən birja bazarı hələ təzə oturuşduğundan, o cümlədən beynəlxalq rəqabət, siyasi təsirlər Azərbaycan neftinin qiymətinə də təsir edir. Amma sırf bu təsiri Azərbaycandakı dollara təsir olaraq vurğulayırıqsa, xeyr bu baş verməyəcək. Baş verməsi üçün yuxarda qeyd etdiyim kimi, birja bazarı tam inkişaf etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə