Azərbaycan-Belarus biznes forumu keçiriləcək

Azərbaycan-Belarus biznes forumu keçiriləcək

Belarus nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə martın 13-də Bakıda Azərbaycan-Belarus biznes forumu keçiriləcək. SİA-nın xəbərinə görə, biznes forumda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Belarus şirkətləri iştirak edəcəklər. Azərbaycanda fəaliyyət göstərən iş adamları və sahibkarlar Bakı Biznes Mərkəzində (ünvan: Neftçilər prosp., 32) keçiriləcək tədbirə dəvət olunurlar.

Tədbirlə bağlı əlavə məlumata ehtiyacı olanlar Fondla əlaqə saxlaya bilərlər. (tel.: 012 5980147/48, daxili: 120,119 və ya 123; e-mail: [email protected]).

Bütün xəbərlər Facebook səhifəmizdə