Mənsur Bərxudarov: “Bu layihə Ermənistanı narahat edir” AÇIQLAMA
"Bolqaristan bu layihənin reallaşdırılmasından imtina etdikdən sonra artıq Rusiya bu müqaviləni Türkiyə ilə bağlayıb". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Mənsur Bərxudarov deyib. Onun sözlərinə görə, Ermənistan Türk Axınından ehtiyatlanır və buna da ehtiyac var. Çünkü burada Azərbaycan da önəmli rola malikdir: "Türkiyə burda regional diler rolunda çıxış edir. Bu, 63 milyard dollar civarında olan bir layihədir. Türkiyə vasitəsilə bunu reallaşdırmaq, Türkiyənin iqtisadi qüdrətini daha da artıracaq. Bu layihənin reallaşmasından Ermənistan ehtiyatlanır. Bir tərəfdən Türkiyənin neft-qaz layihəsi, digər tərəfdən mərkəzi Azərbaycan olan Cənub Qaz Koridoru önəmli rol oynayır. Gələcəkdə də bura Türkmənistan qoşulduqdan sonra iki böyük layihənin reallaşdırılmasında rol oynayan mərkəz Türkiyə olur. Türkiyənin iqtisadi qüdrəti geostrateji, geoiqtisadi mövqeyi getdikcə güclənəcək".
Ekspert qeyd etdi ki, Türkiyənin güclənməsi Azərbaycan güclənməsi deməkdir. Gələcəkdə Azərbaycanın da bu layihələrdə xüsusi rola malik olması Ermənistanı narahat edir və etməlidir: "Türkiyənin iqtisadi, siyasi mövqeyinin güclənməsi əlbətdə ki, Azərbaycanın da mövqelərinin güclənməsi deməkdir. Bundan əlbətdə ki, Ermənistan ehtiyyatlanmalıdır və əslində öz mövqelərinə görə ehtiyyatlanmağa da əsası var. Amma məntiq belədir ki, Rusiyanın Cənub Axını indi Türk Axını adını almış trans-regional qaz layihəsi hələ idea olaraq qalıb. Amma gələcəkdə Türkmənistanın qoşulacağı Cənub Qaz Koridoru olan Trans-Xəzər layihəsinə real baxıla bilər. 2019, 2020-ci illərdə artıq Avropa Azərbaycan qazını, gələcəkdə isə Türkmənistan qazını idxal edəcək. Buna qoşulan Cənub Axını, Türk Axını Türkiyənin iqtisadi qüdrətini yüksək səviyyədə inkişaf etdirə bilər. Ermənistan da öz ümumi maraqlarından çıxış edərək, gələcəkdə hər iki ölkəyə, Azərbaycana və Türkiyəyə gətirə biləcək əsaslarından ehtiyyatlanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB