Naki Karaaslan: “Manatın devalvasiyası Rusiya ilə ticarətdə sərfəlidir” AÇIQLAMA
"Bir ölkədə əgər valyuta devalvasiya edirsə, bu ixracatçının lehinə qəbul olunmuş qərar kimi özünü göstərir". Bu sözləri SİA-ya açıqlamasında Rus – Türk İşadamları Birliyinin (RTİB) İdarə Heyətinin sədri Naki Karaaslan deyib.
Onun sözlərinə görə, bir ölkənin valyutasının çox dəyərli olması xarici ticarətdə problemlər yaradır. Lakin valyuta devalvasiya edərsə inflyasiya və devalvasiyaya qarşı da ciddi tədbirlər görülməlidir: "Yəni daxildəki pulun çox dəyərli olması ixracatla məşğul olanların əleyhinə işləyir. Bu məsələ Türkiyədə də çox müzakirə olunur. Bildiyiniz kimi, Türkiyədə də lirə çox dəyərli və bununla bağlı müəyyən sıxıntı yaşanır. Ama burada daxili birja üçün istifadə etmək lazımdır. İnflyasiya, devalvasiya, valyutanın dəyişdirilməsi məsələsi həmişə gündəmdə saxlanılmalıdır. Manatın devalvasiya etməsinə gəldikdə isə, manatın məzənnəsinin aşağı düşməsi Rusiyayla ixracat münasibətləri üçün sərfəlidir. Amma daxili bazar üçün problemlər yarada bilər. İdxalda, xüsusilə rublla manatın bir - birinə yaxınlaşmasının Rusiya ilə Azərbaycanın ticarətində müsbət tərəfləri var".
Naki Karaaslan qeyd etdi ki, Müstəqil Dövlətlər birliyi ilə sərbəst ticarətə start verilərsə bazar böyüyəcək: "Bilirik ki, Rusiya liderliyi ilə əməkdaşlıq mövcuddur ki, bu da sərbəst ticarətdir. Türkiyə ilə Rusiya arasında hazırda xüsusi ticarət məsələsi üzərində işlər görülür. Türkiyə Rusiya ticarətinin ciddi hədəfləri var ki, bunun da yolu xüsusi ticarətdən keçir. Xüsusi ticarət olarsa, Müstəqil Dövlətlər Birliyi (MDB) arasındakı sərbəst ticarətin başlaması ilə ciddi mənada bazar böyüyəcək. 400 milyon lirəlik bazar və bir neçə trilyon lirəlik alış-veriş olacaq ki, bundanda Türkiyə ciddi mənada pay alacaq. Çünkü Türkiyənin hazırki vəziyyəti buna çox uyğundur".
RTİB sədri artıq Azərbaycanla birlikdə dünyanın üçüncü ölkələrinə investisiya yatırılacağını ifadə etdi. Artıq bu günə qədər işlərin gecikdirildiyini ifadə edib: "Bizim dünyanın bir çox ölkəsi ilə ticarət etmək planlarımız var. Rusiya ilə Türkiyənin 3-cü ölkələrdə də edəcəyi ticarət mövcuddur. Çünkü hazırda ticarət çox fərqlidir, sanki dünya bir biri ilə iç-içə keçərək qloballaşır. Ona görə də biz daha aktiv olmalıyıq. Türk daxili dünyasının dünyanın hər yerindəki ticarət qurumları ilə münasibətləri daha sıx, daha sürətli inkişaf etməlidir. Bu zaman da ticarətimizin doğru əllər tərəfindən idar olunması lazımdır. Ticarətimiz Azərbaycanla birlikdə artıq dünyanın 3-cü ölkəsinə yönəldilib. Yəni artıq bir- birimiz arasında deyil, digər dövlətlərə birlikdə sərmaye qoymaq lazımdır. Onu demək istəyərdim ki, biz bu işləri hələ daha əvvəldən görməliydik, biraz gecikilmiş kimi də görünür. Lakin gecikmək də itirmək anlamına gəlmir. Önümüzdəki illərdə həm Rusiya bazarında, həm də dünyanın başqa bazarlarında dəyərləndirməyə ehtiyac var. Bu işlər görülür, sadəcə hazırda qənaətbəxş deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB