Mənsur Bərxudarov: “Neft nəhəngləri qiymətlərin qalxmasında maraqlıdır” AÇIQLAMA

Mənsur Bərxudarov: “Neft nəhəngləri qiymətlərin qalxmasında maraqlıdır” AÇIQLAMA

"Dünya bazarında neftin bahalaşması meyli getdikcə güclənəcək". SİA-nın məlumatına görə, bu sözləri açıqlamasında iqtisadçı ekspert Mənsur Bərxudarov deyib.

Onun sözlərinə görə, artıq neftin qiymətinin aşağı olması və bu şəkildə uzun müddət davam etməsi mümkün deyil. Çünkü, neft istehsalı ilə məşğul olan şirkətlərin özü buna imkan verməyəcək: "Neftin bahalaşmasının əsas səbəbi neft hasıl edən və ixrac edən transmilli şirkətlərin korporativ maraqları ilə daha çox bağlıdır, nəinki ekspertlərin göstərdikləri səbəblə. Ekspertlər qeyd edirlər ki, Rusiya Ukraynaya əvvəlcədən ödəniş edildikdən sonra qaz satacaq. Nəticədə dünya yanacaq bazarında qiymət artımı baş verir. Neftin dünya bazarında qiymətinin düşməsi nəticəsində BP, Exxon Mobil, Royal Dutch Shell, Chevron, Total, Eni və Statoyl kimi TMK-lar davamlı uzunmüddətli dövrdə mənfəət itkiləri ilə razılaşmayacaqlar. Əksinə, itirdikləri mənfəəti geri almağa çalışacaqlar".

Ekspert həmçinin vurğuladı ki, artıq neft istehsalı ilə məşğul olan böyük şirkətlər anlayıblar ki, Rusiyaya qarşı yönəldilmiş geo – iqtisadi zərbələr gözlənildiyi qədər nəticə verməyib. Artıq şirkətlərin atacaqları addımlar Azərbaycanın xeyrinə dəyişəcək: "Qərbin Rusiyaya qarşı yönəldilmiş geo - iqtisadi zərbələri gözlənilən nəticəni vermir. Rusiya geostrateji mövqelərini möhkəmləndirir və Şərqə doğru geoiqtsadi genişlənmə siyasətini reallaşdırır. Belə olan şəraitdə neft nəhəngləri qiymətlərin qalxmasında maraqlı olacaqlar. Bu meylin davam etməsi Azərbaycan üçün müsbət haldır".

Bütün xəbərlər Facebook səhifəmizdə