İsmayıl Hüseynov: “Əmanətin məbləği artacaq” AÇIQLAMA

İsmayıl Hüseynov: “Əmanətin məbləği artacaq” AÇIQLAMA

"Əmanətlərin siğorta məbləğinin yüksəldilməsi ilə bağlı hazırda dəqiq məlumat verilmir. Mərkəzi Bank bununla bağlı hər hansı bir addım atarsa, hesab edirəm ki, bu ciddi dəyişikliyə gətirib çıxarmayacaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert İsmayıl Hüseynov deyib. Onun sözlərinə görə, banklarda yerləşdirilən əmanətlərin siğorta məbləğinin yüksəldilməsi, bir bankda daha çox məbləğin saxlanılmasına gətirib çıxardacaq: "Əvvəllər tutaq ki, bir bank əmanəti qəbul edərkən 30 min manatlıq hissəsini siğorta edirdi, müştəri buna görə digər məbləği başqa bir bankda saxlayırdı. Hazırda isə vəziyyət dəyişəcək və vətəndaş bir banka yerləşdirdiyi əmanətin məbləğini artıracaq. Bundan başqa hər hansı dəyişiklik gözlənilmir, faizlər də artıq 12 faiz dərəcəsinə qaldırılıb".

Ekspert istehlak kreditləri üçün banklar tərəfindən tələb edilən siğorta pulu məsələsinə də aydınlıq gətirdi. O qeyd etdi ki, bu heç bir qanunda əks olunmayıb, lakin əmlak kreditləri üçün siğorta faizi çıxılır: "İstehlak kreditləri üçün sığorta tələb olunmur. Bir çox müraciətlərdə bildirilir ki, məsələn 1000 manat istehlak krediti alarkən 55-60 manat sığorta pulu tutulur. Mənim fikrimcə bu heç bir qanunda yoxdur. Bununla bağlı fikir söyləmək olmaz. Sadəcə bunu banklardan dəqiqləşdirməyə ehtiyac var. Əgər vətəndaş əmlak krediti götürürsə əmlak özü sığortalnır. Gələcəkdə nəsə hadisə baş verərsə, problem çıxarsa, yanğın olarsa bu zaman onu sığorta şirkəti ödəyir".

Bütün xəbərlər Facebook səhifəmizdə