"Suxumi-Tiflis-İrəvan dəmiryolunun açılması cəhdləri Rusiyanın Cənubi Qafqazda fəallaşması, maraqlarının daha dolğun şəkildə təmin olunması və Ermənistanı təcrid vəziyyətindən çıxarması planının tərkib hissəsidir". Bu fikirləri SİA-ya millət vəkili, iqtisadçı ekspert Əli Məsimli Rusiyanın Suxumi-Tiflis-İrəvan dəmiryolunun açılmasını tələb etməsi və bununu fonunda Ermənistanın düşdüyü ağır iqtisadi böhrandan çıxarılmasına hesablanan addım olduğuna dair fikirlərə münasibətini açıqlayarkən deyib.
Millət vəkili qeyd edib ki, bu yolun açılması həm Gürcüstan, həm də Azərbaycan üçün sərfəli deyil. Çünki belə bir addım atılsa, bu yol hər iki dövlət üçün əlavə təhlükə və problem mənbəyi ola bilər: "Bu layihəni Ermənistanla iqtisadi əməkdaşlığın genişləndirilməsi və həmin ölkəyə humanitar dəhlizin açılması kimi qələmə verməklə, Rusiyanın bu yolla Ermənistana hərbi texnika da göndərəcəyi şəksizdir. Bu isə Risiyanın Cənubi Qafqazda hərbi gücünün artması ilə yanaşı, həm də təzyiq rıçaqlarının gücləndirilməsi demək olacaq".
Əli Məsimli həmçinin Suxumi-Tiflis-İrəvan dəmiryolunun açılmasının mümkünlüyü Rusiyanın Gürcüstana təzyiq dərəcəsindən və Gürcüstanın buna müqavimət imkanlarından, eləcə də Qərbin bu məsələyə münasibətindən asılı olacağını qeyd edib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB