3 ölkə arasında video – körpü yaradıldı

3 ölkə arasında video – körpü yaradıldı

Bu gün Rianovosti xəbər agentliyində Azərbaycan – Rusiya – Qazaxıstan politoloqları arasında video - körpü qurulub. SİA-nın məlumatına görə, video – körpüdə Rusiyanın məşhur politoloqları Sergey Mixeyev, Stanislav Priçin, Qazaxıstanlı politoloq Miras Mixeyev, Azərbaycandan isə Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri, professor Çingiz İsmayılov iştirak edib. Rusiyalı politoloq Stanislav Priçin çıxış edərək Azərbaycanın regionda gördüyü işlərindən, enerji layihələrindən danışıb. Qeyd edib ki, Azərbaycan artıq enerji məsələsində orta asiya ölkələri ilə də əməkdaşlığını daha da sürətləndirmək istəyir. Bundan başqa, Stanislav Priçin Xəzərin hüquqi statusunun vacib məsələ olduğunu ifadə edib.

Sergey Mixeyev Azərbaycanın transport məsələlərinə toxunub. O, Bakı – Tbilisi – Qars dəmiryolu xəttinin regiodan nəqliyyat sahəsində atılan önəmli addımlardan biri olduğunu vurğulayıb.

Çingiz İsmayılov Azərbaycanın son illər həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu gün ölkəmiz Avropa və Asiya arasında körpü rolunu oynayan ölkə olaraq, həm Rusiya, həm də İranla dostluq əlaqəsini qoruyub saxlayır və daha da inkişaf etdirir. Rusiya ilə Azərbaycanın geopolitik maraqlarının fərqli olduğunu ifadə edən Çingiz İsmayılov, bunun ölkələrimiz arasındakı ölçü ilə, həm də yerləşdiyi mövqeyi ilə əlaqəli olduğunu vurğulayıb.

Video – körpüyə Astanadan qatılan Miras Davletdinov isə neftin dünya bazarında ucuzlaşmasında sonra, Qazaxıstanda qeyri – neft sektorunun gücləndirilməsinə təkan verildiyini ifadə edib. Bundan başqa o qeyd edib ki, enerji təhlükəsizliyinin təmini məsələsində Avropada, xüsusən də Almaniyada alternativ yolların araşdırılması istiqamətində araşdırmalar aparılır. Bunu da biz hazırda müşahidə etməkdəyik. Enerji layihələri bir daha onu deməyə əsas verir ki, Xəzərin hüquqi statusu ilə bağlı bütün işlər vaxtında həll olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə