Nicat Hacızadə: “Qazın kəsilməsi meydan oxuma anlamına gəlir” AÇIQLAMA

Nicat Hacızadə: “Qazın kəsilməsi meydan oxuma anlamına gəlir” AÇIQLAMA

"Məlum olduğu kimi, Avropa ilə Rusiya arasında gərginlik artıq neçə müddətdir gərgin münasibətdədir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib. Onun sözlərinə görə, bu gün Rusiyanın Ukrayna qazını kəsməkdə məqsədi hər an Avropa qazını kəsmək anlamına gəlir. Ukraynanın uzun müddət qazsız qalması mümkün deyil və yaxın gələcəkdə qazın verilməsi təmin ediləcək: "Bununda əsas səbəbəbi avtoritet mövqeyidir. Təbii ki, Avropada və Avropaya tərəfdaş olan ölkələrə bu münasibət əsas səbəbdir ki, Rusiya ilə münasibət pisləşsin. Rusiyanın Dağlıq Qarabağ məsələsində olduğu kimi, iki tərəfli mövqeyi daima ortadadır. Əvvəlcə sülh danışıqları, daha sonra yenidən atəşkəsi pozma kimi hallar bunu göstərir. Ukraynaya verilən qazın kəsilməsi bir növ meydan oxuma anlamına gəlir. Amma bu Avropa ilə münasibətlərin pozulmasına səbəb olmayacaq. Çünki nəzərə alaq ki, Avropa qazının bir hissəsini də Rusiya verir. Rusiya bu addımı ilə sübut etdi ki, biz hətta Avropanı belə qazsız qoya bilərik. Fikirləşirəm ki, Avropa Rusiya ilə dialoqa gedəcək və qısa müddət sonra Ukraynaya verilən qaz bərpa olunacaq".

Nicat Hacızadə Azərbaycan qazının bu vəziyyətdə mövqeyinə toxunub. Vurğulayıb ki, Azərbaycan qazının önəmi hazırki vəziyyətdə daha da artacaq: "O ki qaldı Azərbaycan qazına, bildiyiniz kimi Azərbaycan Avropanın enerji təhlükəsizliyi üzrə ən yaxın tərəfdaşıdır. Cənab Prezidentin səyləri nəticəsində artıq ölkəmizin qazı Avropa bazarlarına bir sıra layihələr vasitəsi ilə çıxarılacaq. Ölkəmizin balanslaşdırılmış siyasəti olduğu üçün biz bəzi məsələlərdə riskə gedə bilmərik. Nəzərə almaq lazımdır ki, Rusiya qonşu tərəfdaş ölkədir, Qarabağ məsələsində əsas gücə malikdir. Rusiya qazını kəsdiyi müddətdə Azərbaycanın təklif etdiyi qaz Rusiyaya münasibətdə təsirsiz ötüşməyəcək. Təbii ki, ölkəmiz öz milli maraqlarına uyğun hərəkət etməlidir. Çalışmalıdır ki, həm öz gəlirliyini təmin etsin, həmçinin tərəfdaş olduğu ölkələrə münasibəti stabil olaraq saxlasın".

Bütün xəbərlər Facebook səhifəmizdə