İsmayıl Hüseynov: “Bu halda əmanətlər kompensasiya edilə biləcək” AÇIQLAMA
"Manatın devalvasiyası planlanmış addım idi. Manatın məzənnəsinin düşməsi ilə əlaqədar vətəndaşlar manatla çox sürətli dəyişmə apardılar". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert İsmayıl Hüseynov deyib.
Onun sözlərinə görə, manatın devalvasiyası nəticəsində pullarını itirən bəzi şəxslərə kompensasiya verilsə, daha yaxşı olar. Bunun üçün Mərkəzi Bankın ehtiyatı da mövcuddur: "Vətəndaşların pullarını depozitdə saxlaması üçün güzəştli kompensasiya verilərsə daha yaxşı ola bilər. Düşünürəm ki, bu gün kompensasiyanı vermə imkanı da var. Çünkü xarici valyutanın dəyişməsi ilə əlaqədar Mərkəzi Bank hesablamalara görə təxmini 7 milyon manata qədər qazanc götürdü. Amma bu günlərdə hesabatda dəqiq nə qədər qazanc götürüldüyü ifadə olunacaq".
İsmayıl Hüseynov vətəndaşların banklardakı əmanətlərinin faiz hissəsinin artırılacağına da toxundu. Həmçinin manatla qoyulan əmanətlərin müqaviləsinin pozulması məsələsinə aydınlıq gətirdi: "Hesab edirəm ki, kompensasiya verilməsi depozitini həm manatla, həm də dollarla qoyanlara şamil olunmalıdır. Pullarını itirən insanlar hansı ki, banklarda əmanətlərini 9 - 10 faizlə qoymuşdu, onlar artıq dəyişib 12 faizə qədər artırılacaq. Bu halda depozitlər kompensasiya edilə biləcək. Amma bu nə dərəcədə gerçəkləşəcək onu zaman göstərəcək. Milli Bank artıq əldə etdiyi qazancından manatla əmanət yaıtranların bir çoxunu kompensasiya edib. Vətəndaşların bəziləri əvvəlcədən müqaviləni pozdu, bəziləri də dolların manata nəzərən bahalaşacağına inanmayıb müqaviləni saxladı və elə itirən də onlar oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB