Nicat Hacızadə: “Manatın devalvasiyasının nəticələri müsbət olacaq” AÇIQLAMA
"Ölkəmizdə baş verən iqtisadi islahatların, qazanılmış uğurların həm siyasi, həm də iqtisadi arenada, hamısı Cənab Prezident İlham Əliyevin apardığı idarəetmənin nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, prezident İlham Əliyev tərəfindən müxtəlif sərəncamlar verilib, proqramlar hazırlanıb ki, insanların sosial rifahı daha da yaxşılassın: "Biz bilirik ki, ölkə prezidenti dəfələrlə həm sərəncam, həm proqramlar formasında əhalinin sosial rifahi yolunda bir sıra qərarlar qəbul etmişdir. Gəlin nəzərə alaq ki, əvvəlki hakimiyyətlərin dövründə ölkə nə gündə idi? Sosial rifah demək olar ki, yox, əhali ilə o zamanın iqtidarları arasında böyük uçurum var idi. Amma Ümummilli liderin hakimiyyətə gəlişindən sonra əsas məqsəd kimi əhalinin güzaranın formalaşdırılması, sosial rifahın təmin edilməsi rolunda böyük irəliləyişlər əldə edilib".
Ekspert qeyd etdi ki, manatın devalvasiyasından sonra əgər cəmiyyətdə müəyyən fikirlər yaranırsa, bu normal haldır. Çünki cəmiyyət daha çox bütün malların bahalaşmasından qorxur, bu isə gözlənilən deyil: "Təbii ki, manatın devalvasiyasının nəticələri müsbət olacaq. Gəlin nəzərə alaq ki, manatın dəyəri düşdükdən sonra cəmiyyət içində bəzi narazılıqlar yarandı. Bu təbii haldır, bütün cəmiyyətlərdə bu var. Olmalıdır da, yoxsa cəmiyyət inkişaf edə bilməz. İlk növbədə manatın dəyərsizləşdirilməsi fonunda bildiyiniz kimi idxal məhsulları iqtisadi qanunlara əsaslanaraq qiymət artımı olacaq. Lakin bu gün ölkədə istehlak olunan məhsulların 70 faiz öz məhsulumuzdur. Müavinətlərin artırılmasında əsas məqsəd, müavinətlərə ehtiyacı olan insanların iqtisadi maliyyə sıxıntıları çəkməməsidir. Biz digər ölkələrdə də bunu görümüşük. Hal-hazırda ümid edək ki, dövlət qulluqçularının da əmək haqları artırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB