"AtaBank" ASC öz rəsmi "Instagram" səhifəsində "Novruz sevincinizi "AtaBank" ilə yaşayın!" şüarı altında hədiyyəli kampaniyaya start verir. Instagram sosial şəbəkəsində "AtaBank" ASC-nin səhifəsinə abunə olaraq (follow) Novruz bayramı və sevinci mövzusunda şəkilləri açıq və #atabanklanovruz haştəqi ilə yerləşdirən istifadəçilər arasında qalib seçiləcək.
Bir ay ərzində davam edəcək müsabiqədə bir qalib müəyyən ediləcək və qalibin adı 29 mart 2015-ci il tarixində elan olunacaq. Hər zaman bir addım öndə və hər addımında yenilik etməyi özünə hədəf qoyan "AtaBank" ASC qalibi innovativlik və müasirlik nümunəsi olan iPhone 6 smartfonu ilə mükafatlandıracaq.
Müsabiqənin şərtləri isə cox asandır. Şərtlərlə tanış olmaq və müsabiqədə iştirak etmək üçün sadəcə aşağıdakı keçidə daxil olmaq kifayətdir: http://i.instagram.com/atabank_asc/
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB