"Son zamanlar əmanətçiləri narahat edən suallardan biri də dollar şəklində qoyulan depozitlərə hansı məzənnə ilə vergi tutulmasıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib. O, əmanətlərin yeni manatın məzənnəsinə əsasən hesablamasını təhlil edib. Həmin təhlili oxuculara təqdim edirik:
"Hər hansı bir şəxsin istənilən bankda dollar şəklində əmanəti olarsa, qeyd olunan əmanət hansı valyuta ilə hesablanacaq. Qeyd edim ki, gəlir vergisi depozitə deyil, depozitə uyğun hesablanan gəlirə uyğun hesablanır. Dollar şəklində əmanəti olanların da vergisi bütün banklardakı yekdilli müqavilə şərtlərinə əsasən AZN-lə hesablanır:
Əgər sizin Bankda əmanətiniz dollar şəklindədirsə və siz hesabladığınız zaman ( Əmanət * 1.05 (hələki) = Alınan Manat * 9% (Çox banklarda depozit faizi 9% olduğu üçün götürülüb) = Əmanətə hesablanan faiz (dividend).
Əgər ( Əmanətə hesablanan faizə (dividend)) həmin məbləğ 500 AZN aşağıdırsa, o zaman xoş sizin halınıza.
Yox əgər 500 AZN yuxarıdırsa, o zaman həmin məbləğ - 500AZN * 0.1 = Dövlətə gedəcək vergi.
Çox güman ki, bir sıra mənbələr qeyd edir ki, artıq bu hesablanmalar rüblük halını alacaq, ancaq hələki tam bir qərar yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB