Ödənişlər asanlaşdı

Dövlət Gömrük Komitəsinin (DGK) yeni elektron xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib. Rabitə və Yüksək texnologiyalar Nazirliyindən SİA-ya verilən məlumata görə, DGK-nin portala əlavə olunan "Gömrük ödənişləri" xidməti vasitəsilə gömrük ödənişlərini elektron qaydada aparmaq imkanı yaradılıb.

Bununla da, komitənin "Elektron hökumət" portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 6-ya çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə