Abdullu kəndinə qaz verildi

Fevralın 20-də Cəlilabad rayonunun Abdullu kəndinə təbii qazın verilişi bərpa olunmuşdur. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Bildirilib ki, 111 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 9465 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 111 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə yenidən təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər

Bütün xəbərlər Facebook səhifəmizdə