Ekspert: “İslam maliyyələşməsi istiqamətində işlər görülür” AÇIQLAMA
"Azərbaycanda son dövrlə maliyyə institutları arasında rəqabətin görünməsi hiss olunmaqdadır". Bunu SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.
Onun sözlərinə görə, artıq bankçılıqda yeni pəncərə açılır. Artıq mikrokreditləşmə istiqamətində kapitallaşma işləri görülür: "Günümüzdə banklar öz çərçivəsində yeni pəncərə, islam bankçılıq pəncərəsi açırlar. Hətta bəzi banklar bütünlüklə islam maliyyələşməsi üzrə kapitallaşmağa doğru irəliləyir. Mikrokredit təşkilatları və lizinq şirkətləri də bu istiqamətdə işlər aparır. Bu da onu göstərir ki, artıq bu bazara ehtiyac var. Həm istehlakçının ehtiyacı var, həm də bu sahəyə doğru böyük kapitallaşma işləri gedir".
Ekspert həmçinin vurğuladı ki, gələcəkdə islam bankçılığı ilə bağlıolaraq qanunvericilikdə dəyişiklik olunması gözlənilir: "Bununla yanaşı olaraq da Mərkəzi Bank tərəfindən, xüsusən də Milli Məclis tərəfindən bu sahədə islahatların aparılması, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər gedir. Bu işlərin xüsusiyyətinin bir hissəsi hətta İslam İnkişaf Bankının qarşılıqlı əməkdaşlıq və ekspert mübadiləsi çərçivəsində aparılır. Gələcəkdə gözlənilir ki, banklar haqqında qanunda və digər qanunvericilik aktlarında məhz islam bankçılığının da mənafeyini və onun işinin daha səmərəli artırılmasına yol verən bir sıra dəyişiklikləri görək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB