ARDNŞ peşəkar kadrlara üstünlük verir

ARDNŞ peşəkar kadrlara üstünlük verir

Gənc jurnalistlərin SOCAR qış məktəbi layihəsi çərçivəsində jurnalistlərlə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş ofisinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli arasında görüş keçirilib. Görüşdə çıxış edən Asif Bəkirli bildirib ki, bu layihənin keçirilməsi jurnalistlərin neft sənayesi ilə daha yaxından tanış olmasına yönəlib.

Onun sözlərinə görə jurnalistlər bu layihələrdə fəal iştirak etməli və neft sənayesi ilə bağlı daha çox məlumatlı olmalıdırlar. Asif Bəkirli daha sonra jurnalistlərə ARDNŞ - nin kadr siyasəti barədə məlumat verərək qeyd edib ki, Azərbaycanın ən yüksək rayon və kəndlərində yaşayan ali təhsilli şəxslər belə müəyyən imtahanlardan keçərək SOCAR-da əmək fəaliyyətinə başlaya bilər: "İmtahanlardan uğurla keçən hər bir şəxs heç bir maneə olmadan müəyyən olunmuş vakansiyalara uyğun olaraq işlə təmin olunurlar. Nisbətən az bal toplayaraq müsabiqədən keçən şəxslər isə kadr ehtiyatı bazasına yönləndirilir və şirkətin növbəti vakansiyalarında müvafiq yerlərdə işlə təmin olunurlar. Keçirilən müsabiqələrdə şəffaflıq və ədalət tam şəkildə qorunur, tam obyektiv şəkildə keçirilir və heç bir neqativ hallara yol verilmir. Kadr seçimində istənilən vakansiya üzrə peşəkarlara daha çox üstünlük verilir. İmtahandan keçən şəxslər müəyyən adaptasiya prossesindən keçir və daha sonra işlə təmin olunurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə