Son günlər hər kəsi maraqlandıran suallardan da biri "AtaBank" ASC-nin hər il olduğu kimi bu il də nağdsız ödənişlərin artımını stimullaşdırmaq məqsədilə keçirdiyi lotereyanın davam etdirilib etdirilməyəcəyidir. Bankın İcraçı direktoru – İdarə Heyətinin üzvü Elnur Osmanov bildirib ki, nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində aparılan kampaniya bu il də davam etdiriləcək.
"AtaBank" ASC böyük sayda müştəri sorğularının və müraciətlərinin cavablandırılması istiqamətində səylərini artırmaqda və hər zaman yüksək olan müştəri məmnunluğunu qoruyub saxlayır. İcraçı direktoru – İdarə Heyətinin üzvü Elnur Osmanov bildirib ki, kampaniya çərçivəsində Bankın plastik və kredit kartlarına maraq artıb, bununla yanaşı Bank ənənəvi bankçılıq fəaliyyətini davam etdirməkdə, istənilən valyutada əmanətlər cəlb etməkdə və kreditlər ayrılıb.
Valyuta mübadiləsi ilə bağlı sualları cavablandıran E.Osmanov qeyd edib ki, Bankın Baş ofisi və filiallarında mübadilə adi rejimdə davam etidirlməkdədir və bununla bağlı heç bir məhdudiyyət və ya çətinlik yoxdur.
Müsahibənin sonunda Elnur Osmanov bu il "Nağdsız ödə, nağd qazan" kampaniyasının yeni şüarla start alacağını və müştəriləri yeni sürprizlər gözləyəcəyini bildirib. Onun sözlərinə görə, müştərilərin rəğbətini qazanmış və istənilən bank tərəfindən emissiya edilmiş adlı plastik kart sahibinin marağına sahib olan bu kampaniya çərçivəsində bu il uduşlu kuponların sayı və ümumi uduş fondunun həcmi daha da artırılıb.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bankdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB