Mustafa H. Polad: “Bank sektorunda ciddi potensial var” AÇIQLAMA
"Faiz məsələsində banklarla bağlı alternativ sistem yolları axtarılır. Təklif olunacaq yeni sistem Azərbaycan dövlətinin vətəndaşına təklif etdiyi xidmətin müxtəlifiyi baxımından son dərəcə önəmlidir". SİA-nın məlumatına görə, bu sözləri bu gün Bakıda keçirilən "İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər" mövzusunda beynəlxalq toplantı zamanı jurnalistlərə verdiyi açıqlamasında Türkiyə İqtisadi əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı koordinatoru Mustafa Haşim Polad deyib. Onun sözlərinə görə, Azərbaycanın bankçılıq sektorunda müəyyən boşluqlar görünməkdədir. Hansı ki, həmin sahələrə hələ dünyanın ən inkişaf etmiş kapitalist bankları belə investisiya yatırmayıb: "Buna görə də mövzu ilə bağlı işlərimizi davam etdirməyi düşünürük. Azərbaycanda bankçılıq sektorunda ciddi bir potensial olduğunu bilirik. Çünkü Azərbaycanda həqiqətən neftdən gələn gəlirlərlə uzun bir müddətdir ciddi büdcə formalaşıb. Lakin Azərbaycan bankçılıq sektorunda inkişaf görünməklə birlikdə, "City Bank"ın, "HSBC"nin, yəni qlobal fəaliyyət göstərən, kapitalizmin ünsürü olan bankların belə əlini atmış olduğu bazara təəssüf ki, Azərbaycanda hələ ki girilmiş deyil. Yəni Azərbaycanda bəzi bank sahələrinə xarici kapitalist bankları hələ ki daxil olmayıb. Bizim üçün iqtisadi baxımdan önəmi olduğu kimi, eyni zamanda insanlarımıza da gözəl xidmət təklif etmək baxımından da önəmlidir".
Mustafa Haşim Polad onu da vurğuladı ki, Azərbaycanda da digər müsəlman ölkələrində olduğu kimi, bank sektoru dedikdə ilk ağla gələn sələmçilik olub. Buna görə də ölkədə bank sektoru istənilən qədər inkişaf etməyib. Bununla bağlı Azərbaycanda gələcəklə bağlı işlər görüləcək: "Bildiyimiz kimi, bəzi insanlar bank sistemi olduğu vaxt faizdən ötrü sistemdən qorxaraq geri çəkilirlər. Bu da əslində bizim islam dünyamızda yalnış atılan addımlardan biridir. Həmin insanlara kömək etmək, dolayısıyla insanımızın ticarətdən, iqtisadiyyatdan, kürəsəl axımlardan xəbərsiz olması, bu sistemdən kənarda qalmaması baxımından çox önəmli bir addımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB