Neftlə çirklənmiş ərazilərdə tikinti halları azalıb

Neftlə çirklənmiş ərazilərdə tikinti halları azalıb

Gənc jurnalistlərin SOCAR qış məktəbi layihəsi çərçivəsində jurnalistlərlə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hüquq idarəsinin rəis müavini Tərlan Tahirov arasında görüş keçirilib. Görüşdə çıxış edən Tərlan Tahirov jurnalistlərə zəbt olunmuş mədən torpaqları və qanunsuz tikililər barəsində məlumat verib.

Onun sözlərinə görə, ARDNŞ ərazisində həmçinin magistral yol tikinti ərazilərində aparılan qanunsuz tikililər barədə daim qanunverici əsaslar əsasında tədbirlər görür: "Qanunverici aktlar əsasında ARDNŞ-nin tam əsasla məhkəməyə müraciət etmək hüququ var. Qaydalara əsasən magistral kəmərlərin 50 metr sağ və sol tərəflərində hər hansısa tikinti aparmaq qadağandır. Neft buruqlarının mühafizə zolağı ilə bağlı məsafə isə 75 metr radiusda hesablanır. Bundan başqa ARDNŞ və müxtəlif xarici hüquqi şəxslərlə (şirkətlərlə) müvafiq ərazilərdə neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişlər imzalanmış və xarici şirkətlərə neft-qaz əməliyyatlarının aparılması üçün müstəsna hüquqlar verilmişdir. İndiyə qədər mübahisəli ərazilərdə neft-qaz əməliyyatlarının həyata keçirilməsini təmin etmək məqsədilə ARDNŞ xeyli xərc çəkərək müvafiq məhkəmələrə müraciət etmək məcburiyyətində qalmışdır. Neftlə çirklənmiş ərazilərdə vətəndaşların tikintilər aparmasının qarşısını almaq üçün ARDNŞ maarifləndirici tədbirlər həyata keçirir. Bu tədbirlər nəticəsində son illərdə qanunsuz tikinti hallarının sayı xeyli azalıb".

Bütün xəbərlər Facebook səhifəmizdə