Azərbaycanın kənd təsərrüfatı naziri Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak edəcək
Nazir Parisə gedir

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə keçiriləcək 52-ci Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etmək məqsədilə fevralın 19-dan 22-dək Fransada səfərdə olacaq. Nümayəndə heyəti sərgi çərçivəsində "İqlim dəyişiklikləri şəraitində kənd təsərrüfatı" mövzusunda konfransda da iştirak edəcək.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, səfər zamanı nazir Heydər Əsədovun Paris şəhərində yerləşən kənd təsərrüfatı üzrə müxtəlif beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə