Gənc jurnalistlər neft sənayesi ilə yaxından tanış olur

Gənc jurnalistlər neft sənayesi ilə yaxından tanış olur

Bu gün Ramada otelində Gənc jurnalistlərin SOCAR qış məktəbi layihəsi çərçivəsində jurnalistlərlə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse prezidenti David Məmmədov arasında görüş keçirilib.

SİA-nın verdiyi məlumata görə, görüşdə çıxış edən David Məmmədov jurnalistlərə neft sənayesinin sovet dövründə qurulan qurğularının keyfiyyəti barədə məlumat verib: "Müstəqilliyin ilk illərindən bu qurğuların yenilənməsinə başlanılıb. Bu prosses bu günün özündə də davam etdirilir. 2019-cu ilə qədər Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu tam yenilənəcək və bu müəssisədə beynəlxalq standartlara cavab verən yanacaq emal olunacaq. Bundan əlavə 2020-2030- cu illər ərzində yeni neft emalı zavodlarının tikintisi nəzərdə tutulub".

Daha sonra David Məmmədov, gənc jurnalistlərin bir sıra suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə