6 aprel 2015-ci il tarixində, Kempinski Hotel Badamdarda Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə "Sığorta Agentlərinin III Milli Forumu" keçiriləcək. SİA-nın məlumatına görə, forumda Maliyyə Nazirliyinin, İcbari Sığorta Bürosunun, sığorta şirkətlərinin nümayəndələrinin, həmçinin təqribən 250 sığorta agentinin, o cümlədən hüquqi şəxs kimi fəaliyyət göstərən bütün sığorta agentlərinin iştirakı, yəni ölkə üzrə fəaliyyət göstərən sığorta agentlərinin 30%-nin iştirakı planlaşdırılıb. Forumun qonaqları və burada müzakirə olunacaq mövzular yaxın günlərdə açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB