Vahid Əhmədov: “MDB ölkələrinin valyutalarında devalyasiya gedir” AÇIQLAMA

Vahid Əhmədov: “MDB ölkələrinin valyutalarında devalyasiya gedir” AÇIQLAMA

"MDB Respublikalarında Azərbaycan yeganə respublika olub ki, öz milli valyutasını qoruyub saxlayıb". Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, hazırda MDB ölkələrinin hər birində valyutaların devalyasiyası gedir. Hökumət başçısı uzun müddət əhalinin sosial vəziyyətini ümumiyyətlə ictimai siyasi vəziyyətini nəzərə alaraq göstəriş vermişdi ki, Mərkəzi Bankın ehtiyatlarından dövriyyəyə buraxılsın və manat stabil saxlanılsın: "Digər respublikalar Rusiyadan başlamış Qazaxıstan respublikasından bu tərəfə hamısında 90% dən aşağı 30% ə kimi milli valyuta dəyərsizləşib, yəni devalyasiyaya uğrayıb. Amma Azərbaycan dövlət başçısı əhalinin sosial vəziyyətini ümumiyyətlə ictimai siyasi vəziyyətini nəzərə alaraq göstəriş vermişdi ki, Mərkəzi Bank öz ehtiyatlarından dövriyəyə buraxsın və manat stabil olaraq qorunub saxlanılsın. Bunu uzun müddət etmək mümkün deyil".

Vahid Əhmədov həmçinin qeyd etdi ki, manatın stabil saxlanması üçün 2 aya yaxın müddətdə 2 milyard dollardan artıq vəsait xərclənib. Hazırda insanların valyutadəyişmə məntəqələrinə üz tutmasının səbəbi isə Mərkəzi Bankın idarə heyətinin sədrinin xarici mətbuata verdiyi açıqlamalardır: "Mərkəzi Bankın 15 milyard dollarlıq ehtiyyatının 2 milyard dolları artıq iki ayda xərclənib. Belə getsə ilin 7-8 ayına o vəsaitdən heç nə qalmayacaq. Amma manatın devalyasiyası lazım idi. Bunun bir neçə səbəbi var idi. Birincisi manatın devalyasiyasını elə etmək lazım idi ki, aylıq fonda təsir etməsin. Bir, iki il ərzində normal səviyyəyə çatdırmaq lazım idi, amma Mərkəzi Bankın idarə heyətinin sədri xarici telekanallara intervyu verir və bu da böyük ajiataja səbəb olur. Bu halda insanlar öz pullarını dollara və avroya çevirirlər, bankda problemlər yaranır. Belə etmək olmaz. İkincisi isə devalyasiyanın təsirinin iki ucu var. Bir tərəfi müsbətdirsə, digər tərəfi mənfidir. Yəni cəmiyyətdə müəyyən problemlər yaranacaq. Çünki əmək haqqı da, pensiya da müəyyən qədər dəyərdən düşə bilər. Mən Mərkəzi Bankın idarə heyətinin sədrinin xarici telekanallara verdiyi açıqlamanı başa düşə bilmirəm. Bunu elə etmək lazım idi ki, insanlar heç nə hiss etməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə