Məhəmməd əş-Şatti: “Neftlə bağlı 5 illik proqnozlar müsbət deyil”

Məhəmməd əş-Şatti: “Neftlə bağlı 5 illik proqnozlar müsbət deyil”

Yaxın 5 il ərzində neftin bir barelinin qiyməti 100 ABŞ dollarına çatmayacaq. SİA-nın xarici mətbuata istinadən yaydığı məlumata görə, bunu Küveytin OPEC-dəki nümayəndəsi Məhəmməd əş-Şatti açıqlamasında deyib. Belə ki, o çıxışında vurğulayıb ki, artıq neft bazarında balanslaşdırılmış siyasət həyata keçirilir. "Neft bazarında balanslaşdırılmış vəziyyət yaranacaq. Neftin qiyməti ilə bağlı dəqiq məlumat vermək isə hələ tezdir: "Yaxın 5 il ərzində neftin bir barelinin qiyməti 100 ABŞ dollarına çatmayacaq. 2016-cı il üzrə proqnozu isə yalnız cari ilin ikinci yarısında dəqiq vermək mümkün olacaq".

Bununla yanaşı, Küveyt nümayəndəsi əlavə edib ki, neftin ucuzlaşmasına OPEC üzvü olmayan ölkələr səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə