Müslim İbrahimov: “İri fermer təsərrüfatları ekstensiv formada yaradılmalıdır” AÇIQLAMA
"Xırda sahibkarlıq və fermer təsərrüfatlarının birləşdirilərək iri təsərrüfatlara çevrilməsində birinci növbədə istehsal kooperasiyasının əsasında işlərin aparılması durur". Bunu SİA-ya açıqlamasında aqrar sahə üzrə ekspert Müslim İbrahimov deyib.
Onun sözlərinə görə, torpaqların birləşdirilməsi istiqamətində addım atılmalı, təsərrüfata yararsız ərazilərin meliorasiya edilməsi ilə münbit torpaq sahələrinin genişləndirilməsi həyata keçirilməlidir: "Kənd təsərrüfatına yararlı torpaqların birləşdirilməsi istiqamətində addımlar atılmalıdır. Burada konkret torpaq mülkiyyətçiləri birlik yaratmalı, müqavilə ilə məhsulun pay bölgüsü əsasında işlər aparmalıdırlar. Bir çox məsələlər var ki, burada hüquqi tərəflər də tələb olunur. İdarəetməyə görə hazırda tam məlumat əldə olunmasa da, iri fermer təsərrüfatlarının yaradılması ekstensiv formada aparılmalıdır. Cənab Prezident bu yaxınlarda bildirmişdi ki, ekstensiv formada kənd təsərrüfatına yararlı torpaqların meliorasiyası işi aparılacaq. Bu vasitə ilə yararlı sahələrin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Burada idarəetmə forması əsasən hansı formada olacaq, hansı metodika tətbiq ediləcək hələ ki, bəlli deyil. Birinci növbədə istehsal kooperasiyası əsasında işlər görüləcək".
Ekspert həmçinin vurğuladı ki, həm istehsal sahələrinin həm də istehlak sahələrinin birləşdirilməsi istiqamətində işlər görülməlidir. İri fermer təsərrüfatlarının yaradılması isə kooperasiyanın önünü açacaq: "Fermer təsərrüfatlarının istehsal etdiyi məhsulların birləşdirilməsi ilə, birgə bazara yolun açılması olacaq. Daha sonra istehlak kooperasiyasının yaradılmasıdır ki, burada da kooperasiya birləşmə əsasında olmalıdır. Əgər istehlak kooperasiyası yaradılarsa satış, tədarük, digər kreditləşmə məsələləri də fermer təsərrüfatlarının birləşdirilməsində böyük rol oynayacaq. Hesab edirəm ki, iri fermer təsərrüfatlarının yaradılması ilk növbədə kooperasiyanın hərəkətini sürətləndirmə məqsədi daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB