Fevralın 13-də London əmtəə birjasında keçirilmiş hərraclarda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barreli 63,27 dollara satılıb. SİA-nın məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi xəbər yayıb. Məlumata əsasən, bu qiymət fevralın 12-də qeydə alınmış qiymətdən 3,43 dollar çoxdur.
Xatırladaq ki, 2015-ci ilin dövlər büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB