Mənsur Bərxudarov: “Neftin qiymətinin qalxması gözlənilir” AÇIQLAMA
"OPEC-in səsləndirmələri populis şüarlardır. Ümimiyyətlə neftin qiymətinin dünya bazarında 20 dollara qədər düşməsi qeyri-mümkündür". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Mənsur Bərxudarov deyib.
Onun sözlərinə görə, neft emalı ilə məşğul olan transmilli şirkətlər qiymətin aşağı düşməsinin uzunmüddətli davam etməsi ilə razılaşa bilməzlər. "Bu qiymət neft hasilatı və ixracı ilə məşğul olan nəhəg transmilli şirkətlərin maraqlarına uyğun gəlmir. Ona görə ki, neft ixracı ilə məşğul olan ölkələr, hansı ki 7 nəhəng milli korporasiyalar var, onlar müəyyən müddət ərzində neftin qiymətinin aşağı düşməsi ilə razılaşırlar. Çünkü gələcəkdə digər məsələlərdə vəziyyəti kompensasiya etmək məqsədi güdürlər. uzunmüddətli dövr ərzində neft ixrac edən transmilli korporasiyalar heç vaxt neftin qiymətinin aşağı düşməsi ilə razılaşa bilməzlər. Ona görə ki, korporativ maraqları buna imkan vermir. Bu vəziyyət dəyərləndirdikdə neftin qiymətinin 20 dollara düşməsi qeyri-mümkün bir haldır".
Ekspert həmçinin neftin qiymətinin nə qədər aşağı səviyyədə davam edə biləcəyi ilə bağlı proqnoz verərkən vurğulayıb ki, artıq qiymətin kiçik pillələrlə də olsa yüksəlməsi gözlənilir: "Qısa müddət ərzində, 5-6 ay və ya bəlkə də 1 il müddətində belə bir düşüşə razı ola bilərlər. Amma uzunmüddətli dövr ərzində transmilli korporasiyalar bu işə getməyəcəklər. Ona görə də neftin gələcəkdə qiymətinin hazırki vəziyyətdən aşağı düşməsi qeyri- mümkündür. Bundan sonra neftin qiymətinin kiçik pillələrlə də olsa qalxması gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB