"Qara qızıl"ın qiyməti artıb

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,97% yaxud 1,57 dollar bahalaşaraq 52,78 dollar təşkil edib. SİA-nın məlumatına görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də bahalaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 0,59% və ya 0,34 dollar yüksələrək 57,39 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə