"Çox bahalı və kapital tutumlu ifrastruktur olan meliorasiya sistemi məhdudlaşdırılsa, damla suvarma sistemində problem yaranacaq". Bu sözləri SİA-ya açıqlamasında aqrar sahə üzrə ekspert Müslim İbrahimov deyib.
Onun sözlərinə görə kənd təsərrüfatı bitkiləri vegetasiya dövründə su ehtiyyatını lazımı qədər götürməsə məhsuldarlığına təsir edir. Bu da ifrastrukturun inkişaf etdirilməsinə mənfi təsir edəcək: "Hər bir kənd təsərrüfatı məhsulunun vegetasiya dövrü olur. Kənd təsərrüfatı üçün yağıntılı su ehtiyyatı, su tələbi olmalıdır. Hər bir kənd təsərrüfatı məhsulunu onun vegetasiya dövrü müəyyənləşdirir. Əgər hər hansı kənd təsərrüfatı bitkisi vegetasiya dövründə su ehtiyyatını lazımı qədər götürməsə, birinci növbədə məhsuldarlığına təsir edərək azalmasına gətirib çıxaracaq. Bu da kənd təsərrüfatı infrastrukturunun inkişaf etdirilməsinə təsir edəcək. Suvarılan meliorasiya sisteminin məhdudlaşdırılarsa damla suvarma sistemində problem yaranacaq. Ümumiyyətlə meliorasiya ilə suvarma çox bahalı və kapital tutumlu infrastrukturdur. Kənd təsərrüfatında bir çox problemi bu melorasiya suvarma infrostrukturuna bağlayırlar. Çünkü bu zaman məhsulun aşağı enməsi müşahidə olunur."
Ekspert həmçinin qeyd etdi ki, Maliyyə Nazirliyi ABŞ-ın kənd təsərrüfatı sığortası şirkəti ilə görüşüb. Hazırda siğorta sahəsində işlər görülür. Lakin ümumilikdə kənd təsərrüfatına dəyən ziyana görə siğorta ilə bağlı inkişaf proqramı qəbul edilməlidir: "Maliyyə Nazirliyi bir neçə təşkilatlarla, hətta ABŞ-ın kənd təsərrüfatı sığorta şirkəti ilə görüşüb, müəyyən layihələr ortaya qoyublar. Bizdə kənd təsərrüfatı sistemi hələ ki inkişaf səviyyəsindədir. Ümumiyyətlə kənd təsərrüfatı sığortasında müəyyən kodifikasiya var. Buna görədə Azərbaycanın 6 ərazisində sığorta hadisəsi daha çoxdur, digərlərində isə daha azdır. Azərbaycanın Şimal tərəfində sığorta hadisəsi daha çox ola bilər, nəinki Cənub bölgəsində. Sığorta məhsula o zaman verilir ki, gözlənilmədən kənd təsərrüfatı məhsuluyla, bitkiylə bağlı hansısa situasiya yaransın. Ölkəmizdə taxılçılıq, çayçılıq üzrə qanunlar var ki, bu da məhsula zərər dəydiyi vaxt sığortadan istifadəyə gətirib çıxardır. Amma kənd təsərrüfatında məhsula dəyən zərərə görə siğorta məsələsinə ümumilikdə baxdıqda, bununla bağlı inkişaf proqramı qəbul olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB