Bank VTB-nin “Neftçilər” filialı açıldı FOTO

Bank VTB-nin “Neftçilər” filialı açıldı FOTO

13 fevral 2015-ci il tarixində Bakıda bank VTB (Azərbaycan)-ın "Neftçilər" filialının açılışı keçirilib. "Neftçilər" filialı əhalinin sıx məskunlaşdığı yerlərdən birində- Qara Qarayev 53 ünvanında, "Neftçilər" metro stansiyasının çıxışında yerləşir.

Yeni ofisin açılış mərasimində bank VTB (Azərbaycan)-ınİdarə Heyətinin və Müşahidə Şurasının üzvləri, "AtaHolding" nümayəndəsi, Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxiniştirak edib.

"Yeni filialın açılışı bizə hər müştəriyə daha da yaxın olmağa imkan verəcək. Bank VTB (Azərbaycan)-ın əsas məqsədi bütün müştərilərinə keyfiyyətli bank xidmətləri göstərməkdir. Biz filial şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Bu il əsas diqqət regionlarda filiallarımızn açılışına yönələcək", deyə, - bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri bildirib.

Yeni ofisdə bankın müştərilərinə geniş çeşidli bank məhsulları təklif olunacaq, sərfəli şərtlərlə kreditlər,depozitlər, pul köçürmələri, kommunal ödənişlər üzrə xidmətlər göstəriləcək. Müştərilər onları maraqlandıran məhsul və xidmətlər barədə ətraflı məlumat ala biləcək, bankın yüksək keyfiyyətli mütəxəssisləri isə onların tələblərinə uyğun təklif seçməyə kömək edəcək.

Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 13 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub

Bütün xəbərlər Facebook səhifəmizdə