Fond sədri şikayətləri dinləyəcək

Fond sədri şikayətləri dinləyəcək

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 19 fevral 2015-ci il tarixdə, saat 11:00-da DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Fonddan SİA-ya verilən xəbərə görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

Sumqayıt şəhər şöbəsində (01865) 2-15-15

Abşeron rayon şöbəsində (012) 342-89-66

Xızı rayon şöbəsində (02331) 5-01-64

Qubadlı rayon şöbəsində (01865) 5-41-37

Qəbulda iştirak edəcək vətəndaşların fevralın 19-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə