"Azersun Holding" 2015-ci il martın 11-də Bakıda keçiriləcək 3-cü Beynəlxalq Caspian Energy Forum-2015-in (www.caspianenergyforum.com) gümüş sponsoru adını qazanıb. Caspian European Club-un baş icraçı direktoru Telman Əliyevin SİA-ya verdiyi məlumata görə, "3-cü Beynəlxalq Caspian Energy Forum-2015-in açılış mərasiminə Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un Sədri zati-aliləri İlham Əliyev dəvət olunub. Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri üzrə Komitənin sədri Valeh Ələsgərov, Azərbaycan Respublikası Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, "KazMunayQaz" Milli Şirkəti ASC-nin İdarə Heyətinin sədri Sauat Mınbayev, SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Azərbaycan Respublikası Əmlak məsələləri üzrə Dövlət Komitəsinin Sədri Kərəm Həsənov, Beynəlxalq valyuta fondunun, Beynəlxalq maliyyə korporasiyasinin və Dünya bankının rəhbərləri artıq forumda iştiraklarını təsdiqləyiblər".
T. Əliyev həmçinin qeyd edib ki, "Azersun Holding yarandığı ilk gündən Caspian European Club-u dəstəkləyir, tərəfimizdən Xəzər-Qara dəniz və Baltik regionları ölkələrində təşkil olunan tədbirlərdə fəal iştirak edir".
Caspian European Club-un icraçı direktoru Telman Əliyevin sözlərinə görə, 3-cü Beynəlxalq Caspian Energy Forum – 2015 tədbirinin açılış mərasiminə Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un Sədri Zati-aliləri İlham Əliyev dəvət olunub.
Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qaradəniz, Baltik regionları ölkələrinin dünya energetika bazarlarına inteqrasiyasının bütün aspektləri müzakirə ediləcək. Azərbaycanın energetika, nəqliyyat və infrastruktur layihələrində aparıcı rolu, artan qaz upstream-i, Cənub dəhlizi layihələri, Xəzərin resurs potensialı məruzəçilərin, deleqatların və forum iştirakçılarının diqqət mərkəzində olacaq.
Forumun ikinci hissəsində qeyri-neft sektorunun inkişafına həsr olunmuş Caspian European Forum keçiriləcək. Caspian European Forum çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, tikinti və digər qeyr-neft sektorunun sistemlərinə innovasiyaların yönəldilməsi, biznesin aparılması, biznes-hökumət dialoqunun yaradılması kimi məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 3-cü Beynəlxalq Caspian Energy Forum-2015-ə rəsmi dəstək verirlər.
Əlavə olaraq tədbirin proqramında iştirakçıların işi və ünsiyyəti üçün kofe-breyklər və işgüzar naharın təşkil olunması nəzərdə tutulub. Axşam qala-ziyafət çərçivəsində Caspian Energy Award – 2015 mükafatının rəsmi təqdimetmə mərasimi keçiriləcək.
Qızıl sponsorlar: Cross Caspian Oil and Gas Logistics LLC, "Azpetrol Ltd" MMC və PASHA Bank ASC. Gümüş sponsorlar: "Azərbaycan Dəmir Yolları" QSC, "AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC və Azersun Holding. Bürünc sponsorlar: Ecoland LLC, PASHA Insurance, Caspian Wireline Services Ltd, SOCAR-FUGRO LLC, "Atropatena" QSC. Forumun tərəfdaşı: Murphy Shipping and Commercial Services.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB