Bakıda və Mingəçevirdə poçt şöbəsi binaları təmir olunacaq

Bakıda və Mingəçevirdə poçt şöbəsi binaları təmir olunacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 2015-ci ildə rabitə və yüksək texnologiyalar göstəricilərinin yaxşılaşdırılması üzrə Tədbirlər Planında "Bakı 2015" Avropa Oyunları ilə əlaqədar bir sıra işlərin görülməsi planlaşdırılır. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu ilin I rübü ərzində I Avropa Oyunlarını telekommunikasiya xidmətləri ilə təmin etmək üçün lazımi tədbirlərin görülməsinin yekunlaşdırılması nəzərdə tutulur.

I Avropa Oyunları zamanı tezliklərin maneəsiz işləməsinin təmin edilməsi, ölkəyə gətirilən radioelektron vasitələrin yoxlanılması, qeydiyyatı və radiomonitorinq avadanlıqlarının alınması üzrə tədbirlərin həyata keçirilməsi də Tədbirlər Planında yer alıb.

Bundan əlavə, I Avropa Oyunlarına qədər Bakı və Mingəçevir şəhərlərində yerləşən poçt şöbəsi binaları cari və əsaslı təmir olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə