Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının və onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevralın I ongünlüyü üçün növbəti monitorinqləri keçirib. Nazirlikdən SİA-ya verilən məlumata görə, fevralın I ongünlüyündə Kür çayında suyun sərfi yanvarın III ongünlüyünə nisbətən 30 m3/san artaraq 150 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3.8, Ağstafaçay su anbarında isə 3.4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Qeyd edək ki, fevralın I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3.2, I Şahsevəndə 3.6, Bəhramtəpədə isə 3.5 dəfə YVQH-ni keçib.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.75-6.17 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB