Rusiya Prezidenti Vladimir Putin Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib. Səfər çərçivəsində Qahirədə yüksək səviyyəli Rusiya-Misir danışıqları olub.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi həmkarını "Qübbə" Prezident Sarayı yaxınlığında təntənəli surətdə qarşılayıb. Dövlət başçılarının söhbəti başa çatandan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar olub.
Rusiya Prezidentinin Misirə səfərinin yekunlarına dair dövlət başçılarının iştirakı ilə ikitərəfli fəaliyyət, o cümlədən atom energetikası və investisiyaların cəlb edilməsi sahəsində əməkdaşlıq haqqında bir sıra sənədlər imzalanıb. Məsələn, Rusiya İqtisadi İnkişaf Nazirliyi ilə Misir İnvestisiyalar Nazirliyi arasında investisiyaların cəlb edilməsi və Misir ərazisində obyektlərin tikintisində iştirak etmək sahəsində qarşılıqlı anlaşma haqqında Memorandum, Rusiya Birbaşa İnvestisiyalar Fondu ilə Misir İnvestisiya Nazirliyi arasında investisiya əməkdaşlığının inkişafı haqqında qarşılıqlı anlaşma haqqında Memorandum, "Rosatom" Dövlət Korporasiyası ilə Misir Elektrikləşdirmə və Bərpa olunan Enerji Mənbələri Nazirliyi arasında Misir ərazisində atom elektrik stansiyasının tikintisi layihəsinin inkişaf etdirilməsi barədə Saziş imzalanıb.
İmzalanma mərasimi başa çatandan sonra Əbdülfəttah əs-Sisi və Vladimir Putin mətbuat üçün bəyanat veriblər.
Aparılan danışıqlardan və sənədlərin imzalanmasından məmnun qaldıqlarını bildirən dövlət başçıları terrorizmə qarşı mübarizənin gücləndirilməsinin zəruri olduğunu vurğulayıblar. Misir Prezidenti qeyd edib ki, Rusiya ilə Misir müasir təhdidlərə, o cümlədən terrorizmə qarşı çiyin-çiyinə mübarizə aparmaq əzmində olduqlarını təsdiq edərək bildiriblər ki, buna qarşı mübarizə bütün istiqamətlərdə getməlidir.
Dövlət başçıları ikitərəfli əməkdaşlığın perspektivlərinə və bəzi aktual beynəlxalq məsələlərə də toxunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB