Fazil Mustafa: “Naxçıvanın inkişaf faktı gözləniləndən daha yüksəkdir” AÇIQLAMA

Fazil Mustafa: “Naxçıvanın inkişaf faktı gözləniləndən daha yüksəkdir” AÇIQLAMA

"Regionlar içərisində ən çox inkişaf edənlərdən biri də Naxçıvandır". Bunu SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, blokada şəraitində olan bir respublikada hazırki inkişaf gözləniləndən yüksəkdir: "Hərtərəfli sosial-iqtisadi infrastrukturun yenidən qurulması, kommunal sistemin təzələnməsi real bir faktdır. Bu müsbət bir haldır ki, blokada şəraitində olan bir respubikada demək olar ki, gözləniləndən daha yüksək inkişaf faktı göz qabağındadır".

Fazil Mustafa həmçinin qeyd edib ki, bütün hallarda Naxçıvanda görülən işləri müsbət qiymətləndirmək olar. Xüsusilə enerji resurslarının paylanması Muxtar Respublikada yüksək səviyyədədir: "Müşahidələrim onu göstərir ki, bütün hallarda kifayət qədər böyük işlər görülüb. Gələn illərlə bağlı proqnozları vermək çətin olar. Amma onu deyə bilərəm ki, bütün rayonların qazlaşdırılması başa çatıb. Təbii qazın keyfiyyəti yüksək səviyyədədir. Hətta Bakıda biz belə rahatlıqla bu nemətdən istifadə edə bilmirik. Enerji resurslarının doğru paylanması yüksək səviyyədədir. Bütün bunların hamısı müsbət hallardır. Xüsusilə qışın kəskin kontinental bir iqlim şəraitində bütün bu enerji resursları ilə insanların təmin olunması olduqca yaxşı bir haldır".

Bütün xəbərlər Facebook səhifəmizdə