İsmayıl Hüseynov: “Kreditlərin qaytarılmasında ciddi problemlərə rastlanmayıb” AÇIQLAMA
"Əhali ev əşyalarının alınmasında və s. istehlak kreditinə müraciət edir. Banklar da buna etiraz etmir, öz faizləri hesabına kredit verir". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert İsmayıl Hüseynov deyib.
Onun sözlərinə görə, istehlak kreditlərinin kütləvi istifadə olunmasının səbəbi insanların bu pullarla öz ehtiyaclarını qarşılamalarıdır: "Kreditlərin kütləvi halda istifadə olunması, sistemin daha asanlaşdırılması ilə bağlı deyil, əhalinin ehtiyacından asılıdır. Çünkü insanlar bu kreditlər vasitəsilə ailələrinin ehtiyaclarını qarşılayırlar. Yəni bu kreditlər gündəlik istifadə olunur. Ona görə də bu vəziyyətə heç bir tərəf etiraz etmir. Bu hər iki tərəf üçün də sərfəlidir".
Ekspert həmçinin qeyd etdi ki, istehlak kreditlərinin qaytarılması üçün bu günə kimi ciddi problemlərə rastlanmayıb. Əgər belə hal baş verərsə bunun üçün banklar tərəfindən əlavə tədbirlər görülüb: "Kredit alışında vaxtında ödəniş olduğu üçün banklara, istehlak kreditləri aşağı məbləğdə olduğu üçün isə vətəndaşlara bu kreditlər sərf edir. Hər bir bankda verilən kreditlərə görə ehtiyat fondu da yaradılıb. Verilən hər kreditin 270 gün müddəti var, əgər vaxtında kredit qaytarılmırsa, o ümüdsüz kredit adlanır və bank özünün yaratdığı ehtiyyat fondu hesabına həmin gecikmiş kreditləri silir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB